Da Vinçinin yaşayan qohumları TAPILDI

“Leonardonun DNT-si” layihəsinin tədqiqatçıları dahi rəssamın soy ağacının ən dəqiq versiyasını hazırlayıblar və hətta genealoji analizlər vasitəsilə onun altı sağ qohumunu tapdıqlarını bildiriblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Leonardo da Vinçi İrs Assosiasiyasından Alessandro Vezzosi və Anyese Sabatonun müəllifi olduğu “Genìa Da Vinci. Genealogy and Genetics for Leonardo’s DNA” kitabı rəssamın təxminən 700 ili əhatə edən, 21 nəsildən ibarət və 400-dən çox şəxsi əhatə edən mürəkkəb soy ağacını sənədləşdirir.
 

Tarixi arxivləri dərin araşdıran tədqiqatçılar da Vinçinin uzun müddət itib getmiş soy ağacının budaqlarını bərpa etməyə nail olublar. Onlar həm atasından, həm də qardaşı Domeniko Benedettodan gələn xətt üzrə 15 sağ kişi nəslini müəyyənləşdiriblər.


Növbəti mərhələdə tədqiqatçılar bu şəxslərin DNT-sini analiz ediblər. “Leonardonun DNT-si” layihəsinə rəhbərlik edən və Florensiya Universitetinin Biologiya fakültəsinin professoru David Karamelli, məhkəmə antropoloqu Elena Pilli ilə birgə bu altı kişinin genetik materialını yoxlayıb.

Əlamətdar məqam odur ki, bu altı şəxsin hamısında Y xromosomunun uyğun seqmentləri tapılıb - bu, yalnız kişilər xətti ilə ötürülən genetik işarədir.

Alimlərə görə, bu fakt da vinçilərin kişi xəttinin azı 15 nəsil boyunca genetik baxımdan pozulmadan davam etdiyini sübut edir.

Leonardo da Vinçinin özünə məxsus təsdiqlənmiş DNT heç vaxt müəyyən edilməyib. Alimlər onun bir neçə qohumunun dəfn olunduğu Vinçi şəhərindəki Santa Kroeç kilsəsindəki qəbirlərdən çıxarılan sümük fraqmentlərini analiz ediblər. Lakin yalnız bir nümunə ilkin genetik analizdən keçib və bu nəticələr yeni kitabın əsasını təşkil edib.

Alimlər əlavə analizlərin zəruri olduğunu bildirirlər. Bununla belə, artıq məlumdur ki, tapılmış qohumlar Leonardo da Vinçinin birbaşa nəslindən deyillər, çünki onun övladları olmayıb.

Tarixçilər və bioqraflar, onun qeyri-ənənəvi seksual oriyentasiyaya malik olduğunu ehtimal edirlər.

“Lakin biz bilirik ki, Leonardonun çoxlu sayda qardaş və bacıları olub,” – nəşr vurğulayıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

End of content

No more pages to load

RADİO