Bu ilin əvvəlindən Ukraynanı daha 100 min nəfər tərk edib

Ukraynalı qaçqınların çoxu 2022-ci ildə müharibə başlayandan sonra Ukraynanı tərk edib. Lakin bu ölkədən axın indi də davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” İqtisadiyyat Nazirliyinin Ukrayna iqtisadiyyatında əsas hadisələrlə bağlı 2025-ci ilin mart ayı üzrə monitorinqinə istinadla məlumat yayıb.

İcmalda qeyd edildiyi kimi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 17 aprel 2025-ci il tarixinə Ukraynadan olan qaçqınların sayı dünya üzrə 6,918 milyon (Avropada 6,358 milyon, ondan kənarda isə 0,56 milyon qaçqın) qeydə alınıb.

2024-cü il dekabrın 16-na olan məlumatlarla müqayisədə Avropadakı qaçqınların sayı 104 min nəfər artıb.

BMT-nin məlumatına görə, ən çox ukraynalı Almaniyada - 1,443 milyon nəfər, Polşada - 999,7 min, Çexiyada - 401,4 min, Böyük Britaniyada - 254 min, İspaniyada - 235,7 min, İtaliyada - 171 min, Fransada - 70,1 min məskunlaşıb.

Bundan əlavə, 2022-ci il iyunun 30-na olan məlumata görə, Rusiyada 1,2 milyon, Belarusda isə 44 min qaçqın (31 mart 2025-ci il tarixinə) qeydə alınıb.

Ötən il ərzində Ukraynadan miqrant axını davam edib və ümumilikdə il ərzində təxminən 0,5 milyon nəfər təşkil edib. NBU-nun gözləntilərinə görə, bu il daha 200 min insan Ukraynanı tərk edəcək.

NBU onların geri dönüşünün 2026-cı ildə başlanacağını (təxminən 0,2 milyon nəfər) gözləyir ki, bu da 2027-ci ildə (təxminən 0,5 milyon nəfər) sürətlənəcək.

Avropa Komissiyasının məlumatına görə, bu ilin yanvarında Aİ-də müvəqqəti sığınacaq alanların sayı 4,3 milyon nəfərə yaxın olub. Bu rəqəmin bir il ərzində sabit qalacağı, daha sonra ilin sonuna qədər 4,1 milyona, 2026-cı ilin sonuna isə 3,8 milyona enəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

End of content

No more pages to load

RADİO