Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan da daxil olmaqla, türk liderlərinə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, Orban bu barədə “X” hesabında yazıb.
Macarıstanın Baş naziri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinə sülhə sarsılmaz sadiqliklərinə görə minnətdarlığını bildirib:
"Sizin əməkdaşlığınız müharibənin yaratdığı enerji böhranını aradan qaldırmaqda bizə kömək etmək üçün vacibdir. Dünyada birləşməklə biz bu çətinlikləri birlikdə aradan qaldıracağıq".
Bizim.Media