Türkiyədən MÜHARİBƏ XƏBƏRDARLIĞI – Yaxın Şərqdə gərginlik YENİDƏN ALOVLANIR

Türkiyə hökumətinin PKK-nın tərksilahı ilə bağlı atdığı son addımlar bir sıra xarici qüvvələri əməlli-başlı çaşdırıb. Onlar hər vəclə çalışırlar ki, terror problemi birdəfəlik başa çatsın.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” prosesində PKK-nın tərksilahının 4 aya tamamlanması gözlənilir. Lakin Ankara İsrail və İranın “Terrorsuz Türkiyə” hədəfinə zərər verə biləcəyini nəzərə alaraq bu barədə hər iki ölkəyə sərt şəkildə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilir ki, həmin güclər prosesə əngəl olacaqları təqdirdə, Ankara bunu müharibə səbəbi kimi qiymətləndirəcək və sərt şəkildə reaksiya verəcək.

Məlumatda deyilir ki, İsrail kürdləri bölgədə proksi qüvvəyə çevirməyə çalışır, lakin Türkiyənin bu məsələdə qərarlıdır.

“Biz qarşı tərəfə çatdırmışıq ki, onlardan proksi qüvvə kimi istifadə edilsə və sərhədimizə gətirilsə, bu, müharibə aktı sayılacaq”,-məlumatda bildirilir.

Yaxın Şərqdə gərginlik yenidən artır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, bir sıra qüvvələr Türkiyənin qlobal gücə çevrilməsindən narahatdır:

“Türkiyənin qlobal gücə çevrilməsindən narahat olan bir sıra güclər PKK, YPG kimi qüvvələrdən istifadə etməklə qardaş ölkəyə təhdid yaratmağa çalışırdılar. Uzun illər Türkiyə bu terror təşkilatlarının terror aktlarından əziyyət çəkib. Artıq bu problemin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb.

Ancaq təəssüf ki, bəzi güclər bu prosesə maneə olmaq, bununla da Türkiyəyə qarşı təhdidlərini davam etdirmək siyasətlərindən əl çəkmirlər. Türkiyənin güclənməsini həzm edə bilməyən güclər ona qarşı yönəldilən proksi qüvvləri yenidən dirçəltməkdə maraqlıdırlar. Məhz buna görə də Ankara İsrail və İrana ciddi mesaj ünvanlayıb”.

“Türkiyə ciddi adekvat addımlar atacaq”

Deputatın fikrincə, həmin proksi qüvvələrdən yenidən Türkiyəyə qarşı istifadə edilməyə çalışılsa, Ankara daha qətiyyətli addımlar atacaq:

“Hazırda Türkiyənin hərbi, iqtisadi, siyasi potensialı imkan verir ki, sözügedən problem yenidən yaranacağı təqdirdə, onun qarşısı beşiyindəcə alınsın. Həmin qüvvələr də bunun fərqindədir. Ona görə də Ankara onlara əvvəlcədən xəbərdarlıq edib və bildirib ki, adekvat cavab veriləcək.

Türkiyə Yaxın Şərq və Suriyada proseslərin normallaşmasında əhəmiyyətli rol oynayıb. Kürd açılımı da yekunlaşmaq üzrədir. Yenidən hansısa qüvvələrin baş qaldırması ehtimalı yaranacaqsa, dərhal və zamanında Türkiyə ciddi adekvat addımlar atacaq. Güman ki, həmin güclər Türkiyənin bu mövqeyini nəzərə alaraq, Ankaraya qarşı məkirli siyasətlərindən əl çəkəcəklər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

End of content

No more pages to load

RADİO