Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Albaniyada keçirilən beynəlxalq sammit zamanı təqdim edilən süni intellekt əsasında hazırlanmış vizual təqdimat haqqında fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Anadolu” agentliyi yayıb.
Ərdoğanın sözlərinə görə, Albaniya sammitdə iştirak edən dövlət və hökumət başçılarının uşaq obrazında təsvir edildiyi bir təqdimat nümayiş etdirib və bu təqdimat süni intellektin köməyi ilə hazırlanıb:
“Albaniya çox maraqlı bir təqdimat etdi. Sammitdə iştirak edən dövlət və hökumət başçılarının uşaq halında süni intellektlə hazırlanmış şəkillərini göstərdilər. Bu, doğrudan da çox maraqlı idi”, – deyə Türkiyə lideri bildirib.
Bizim.Media