Gürcüstan-Ermənistan sərhədi yaxınlığında 3,5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədindən təxminən 3 kilometr məsafədə qeydə alınıb.
Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınan zəlzələnin episentri 7 km dərinlikdə yerləşib.
Bizim.Media