Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin mətbuat katibi məlumat yayıb.
Məlumata görə, təlim təyyarəsi poliqonlardan birində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin ekipajı ölüb.
Qəzaya səbəb təyyarədə anidən yaranan texniki nasazlıq olub.
Bizim.Media