Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Romada İtaliya yepiskopları konfransının rəhbəri kardinal Matteo Zuppi ilə görüşdən əvvəl jurnalistlərə deyib.
Amerika diplomatiyasının rəhbərinə Vatikanın Ukrayna münaqişəsinin həllində vasitəçi ola biləcəyi ilə bağlı sual verilib. O isə cavabında "Mən onu vasitəçi adlandırmazdım, lakin bu, şübhəsiz ki, hər iki tərəfin gəlişinin rahat olacağını düşündüyüm yerdir.
Ona görə də biz Vatikana illər ərzində təkcə sülhə vasitəçilik etmək deyil, həm də məhbus mübadiləsi üçün göstərdikləri səylərə görə minnətdarıq" deyə bildirib.
Bizim.Media