Perunun cənubunda 6 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Geofizika İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 5.22-də Ayakuço regionunda Pukio yaşayış məntəqəsindən 23 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 97 kilometr dərinlikdə yerləşib.
Bizim.Media