Moskva vilayətinin Odintsovo rayonunda “Robinson R66” helikopteri sərt eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
Onlar həmçinin bildiriblər ki, qəzada pilot xəsarət almayıb. Helikopterə cüzi ziyan dəyib.
Departament əlavə edib ki, sərt eniş İslavskoye kəndi ərazisində baş verib. İlkin araşdırmalara başlanılıb, hazırda dəymiş ziyan hesablanır.
Bizim.Media