İran lideri Ayətullah Xamenei ABŞ-nin “güc vasitəsilə sülh” konsepsiyasını tənqid edib.
Bizim.Media xəbər verir ki, Xamenei bu barədə yerli jurnalistlərə açıqlamasında danışıb.
“Tramp güc tətbiq etməklə Yaxın Şərqə sülh gətirə biləcəyinə inanır, lakin Vaşinqtonun bu cür istəkləri həmişə region ölkələrinin əzab-əziyyətinə və sabitliyinin pozulmasına gətirib çıxarıb”, - deyə o bildirib.
Bizim.Media