Kişinyovda EPRA-nın 61-ci Toplantısı keçirilib – FOTO

Moldovanın paytaxtı Kişinyov şəhərində 14-16 may 2025-ci il tarixlərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 61-ci Toplantısı keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Şura Aparatının rəhbəri Fazil Novruzov və Kommunikasiya sektorunun müdiri Taleh Quliyev təmsil ediblər.

Toplantının açılışında Moldova Respublikasının Prezidenti xanım Maya Sandu salamlama nitqi ilə çıxış etmişdir.

Prezident Avropa məkanında audiovizual media sahəsini tənzimləyən qurumların əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi baxımından EPRA-nın fəaliyyətini yüksək qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb. 
 

“Fakta əsaslanan tənzimləmə” və “Onlayn mühütdə uşaqların müdafiəsi” mövzularına həsr edilmiş ilk iclasda EPRA-nın hazırki sədri, Norveç media tənzimləyici qurumunun rəhbəri xanım Mari Velsand təşkilatın ötən dövr ərzində gördüyü işlər barədə məlumat verib, maliyə hesabatını təqdim edib.


Qeyd edək ki, Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu Toplantısına 48 Avropa dövlətindən 50 audiovizual media üzrə tənzimləyici orqanın rəhbərləri və nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Obzervatoriyasının müşahidəçiləri, habelə UNESCO-nun, “Meta”, “Cullen İnternational” şirkətlərinin ekspertləri daxil olmaqla 150-dən çox nümayəndə və ekspert qatılıb. 

Toplantı zamanı “Onlayn mühitdə uşaqların müdafiəsi”, "Media savadlılığı", "Tənzimlləyicilər üçün yeni çağırışlar", “Video paylaşım və sosial şəbəkə platformaları, onların təsiri” mövzularında çıxışlar edilib. Həmçinin, tədbir çərçivəsində “Audiovizual media xidmətlərində alətlər və yanaşmalar” və “Media savadlılığı və hüquqlar” mövzularında panel sessiyalar təşkil olunub.

Toplantının ikinci günündə platformanın idarə heyətinə - sədr və sədr müavinləri postlarına seçkilər keçirilib.

Səsvermənin sonunda İrlandiya yayım tənzimləyici orqanının rəhbəri Stefani Komey növbəti iki illik müddətə EPRA sədri seçilib. Həmçinin, Böyük Britaniyanın, Rumıniyanın, Monteneqro və Slovakiyanın tənzimləyici orqanlarının nümayəndələri sədr müavinləri seçiliblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

End of content

No more pages to load

RADİO