“ABŞ prezidenti İstanbulda deyilsə, Putinin (Rusiya prezidenti Vladimir Putin - red.) ora getməsinə ehtiyac yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, jurnalistin “Putinin İstanbula getmədiyinə üzülürsünüz? sualına belə cavab verib:
“Xeyr, mən bunu heç gözləmirdim də. Dedim ki, mən gəlməsəm, Putin niyə getsin? Mən ora getməyi planlaşdırmırdım. Putinin ora getməyəcəyini düşündüyümü dedim. Bu, həqiqət oldu.
Bizim adamlarımız ordadır. Nəsə baş versə, cümə günü ora gedəcəm”.
Bizim.Media