Rusiyaya gedənlərə XƏBƏRDARLIQ – Ölkəyə buraxılmaya bilərsiniz

İyunun 30-dan Rusiyada vizasız rejim əsasında bu ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. Yeni prosedura əsasən, onlar “Dövlət Xidmətləri RuID” portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.
 

Əcnəbilər ölkəyə girişə azı üç gün qalmış rəqəmsal identifikasiyadan keçməlidir: şəxsi məlumatları, səyahət məqsədi, marşrutu və Rusiyada qalma ünvanını daxil etməli, həmçinin foto və sənədlərin skanını yükləməlidir. Lakin QR kodun olması ölkəyə girişə zəmanət vermir: yekun qərar sərhəd xidmətinin səlahiyyətində qalır.


Fövqəladə hallarda (qohumun xəstəliyi və ya ölümü) girişdən dörd saat əvvəl qeydiyyata icazə verilir. Ərizə 90 gün ərzində etibarlıdır. Alınan QR kodu sərhəd nəzarətindən keçərkən təqdim olunur. Lakin QR kodun olması ölkəyə girişə zəmanət vermir: yekun qərar sərhəd xidmətinin səlahiyyətində qalır. Rusiyaya gəldikdən sonra əcnəbilər biometrik nəzarət – barmaq izi və foto çəkiliş prosedurundan keçməli olacaq.  İstisnalar Belarus vətəndaşları, vizasız ölkələrin diplomatları və altı yaşından kiçik uşaqlara aid ediləcək. Yeni sistem çərçivəsində tətbiq olunan eksperimental rejim 2026-cı il iyunun 30-dək davam edəcək.

Sözügedən qərar Rusiyaya işləmək üçün gedən soydaşlarımıza necə təsir edəcək?

Mövzu ilə bağlı millət vəkili Azər Allahverənov Bizim.Media-ya danışıb:

"Bu, faktiki olaraq Belarus istisna olmaqla vizasız gediş-gəliş olan bütün ölkələrə  şamil olunur. Bəzi istisna hallar da var. Əgər hər hansı ölüm halları ilə bağlı cənazənin gətirilməsi olarsa, o zaman şəxslər bunu 4 saat qalmış edə bilər.

Burada bir məqam ortaya çıxır ki,  QR kod yoxdursa, şəxsin ölkə ərazisinə girişinə icazə verilmir. QR kod giriş üçün lazımdır. Lakin bu heç də o demək deyil ki, insanlar yalnız bununla ölkəyə daxil ola bilərlər. Praktiki cəhətdən Rusiyanın aidiyyəti sturukturları birmənalı şəkildə  bildirirlər ki, QR kod olmasına baxmayaraq şəxsin ölkəyə girişi elə də arzuolunan hal deyil.

Baxmayaraq ki, həmin şəxslərin QR kodu var, bəzi situasiyalara görə, amma ölkəyə girə bilməz.

Ona görə də bu alətin iyun ayının 30-dan sonra necə tətbiq olunmasının şahidi olacağıq".

“Əlavə prosedur qaydaları ortaya çıxır”

O qeyd edib ki, bu və digər səpkidə miqrasiya qaydalarının tətbiq olunması ölkəyə səfər etmək istəyən şəxslər üçün müəyyən narahat doğurucu bir hal kimi dəyərləndirilir.

"Çünki əlavə prosedur qaydaları ortaya çıxır. Bunlar isə müəyyən qədər narahatlıq yaradan hallardır. Heç də hər kəs o portaldan istifadə etmir. İstənilən halda Rusiyaya səfər etmək istəyən insanların müəyyən bir qismi müəyyən bir müddətə bu fikirdən daşına bilərlər. Çünki əlavə, yeni qaydalar da tətbiq edilə bilər. Məsələnin müsbət tərəfi isə ondan ibarətdir ki, səfər etmək istəyən şəxs bəlkə də özünün arzuolunmaz birisi olduğunu bilmir. Bir çox hallarda sözügedən şəxslər bilet alır, sənədlər toplayır. Lakin ölkə sərhədinə çatdıqda buraxılmır. Bununla da əlavə xərcə düşmüş olur.

QR kod məsələsi ən azından risk faktorunu bir qədər azaldır. Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizə kontekstində  daha geniş və nisbətən də sərt bir siyasət yürütməyə çalışır. Rusiya qanunsuz miqrasiya ilə mübarizə fonunda həmçinin bəzi hallarda miqrasiyanın sahələri ilə bağlı müəyyən qaydalar tətbiq edir. Əmək miqrasiyası sahəsində olan dəyişikliklərlə özünü daha çox biruzə verir. Yeni qaydalar qüvvəyə minir, nəticə etibarilə miqrantlar üçün yeni öhdəliklər yaradır”,- deyə o vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO