Ukrayna hərbçiləri Rusiya ilə birbaşa danışıqlar üçün şərt irəli sürdü – Reuters

Ukrayna hərbçiləri hesab edir ki, Rusiya ilə birbaşa danışıqlara başlamazdan əvvəl onun qoşunları Ukrayna ərazisini tam şəkildə tərk etməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.

Mənbə qeyd edir ki, Rusiyanın həftəsonuna elan etdiyi üçgünlük atəşkəsə baxmayaraq, bu müddətdə artilleriya atəşi və hücumlar davam edib. Bu fonda cəbhə xəttində müdafiəni saxlayan bir qrup Ukrayna hərbçisi prezident Volodimir Zelenskiyə açıq mesaj göndərib: düşmən Ukrayna torpaqlarından çıxmayana qədər danışıqlar masasına oturmaq olmaz.
 

Atəşkəs rejimi formal olaraq başa çatandan cəmi bir saat sonra Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqlara başlamağı təklif edib. Zelenski cavabında bildirib ki, bu yalnız bir şərtlə mümkündür – tam və qeyd-şərtsiz atəşkəs, hansı ki, bazar ertəsindən etibarən qüvvəyə minməlidir.


Ukrayna Milli Qvardiyasının pilotsuz uçuş aparatları bölməsinin komandiri, “Çepa” ləqəbli hərbçi atəşkəsdən sonra rus qoşunlarının aktivliyini izləyib:

“Həm bir əsgər, həm də Ukrayna vətəndaşı kimi hesab edirəm ki, danışıqlara başlamazdan öncə biz 1991-ci ilin sərhədlərinə qayıtmalıyıq. Vəssalam. Rusiya qoşunlarının Ukraynanın bütün ərazisindən tam çıxışı. Ancaq ondan sonra danışmaq olar. Putin nə düşünürsə düşünsün, hansı regionları ələ keçirmək istəyirsə, heç kim ona bu hüququ verməyib.”

Bu mövqeyi onun bölməsindəki digər hərbçilər də bölüşür.

Hazırda Rusiya Ukraynanın təxminən 20%-ni nəzarətdə saxlayır və Kiyevin “ərazidəki reallığı” tanımalı olduğunu israr edir. Bununla belə, Zelenski bildirib ki, müvəqqəti işğal edilmiş bəzi ərazilər diplomatik yollarla geri qaytarıla bilər, lakin onların rəsmi şəkildə anneksiya olunmasının tanınması mümkün deyil. Bu, Ukrayna Konstitusiyasına ziddir. Prezident vurğulayıb ki, ərazi məsələləri yalnız davamlı atəşkəs rejimi qurulduqdan sonra müzakirə edilə bilər.

Putin gecə keçirdiyi mətbuat konfransında 2022-ci ildə imzalanmış sənəd əsasında danışıqlara qayıtmağı təklif edib. Həmin sənəddə Ukraynanın daimi neytral statusu nəzərdə tutulurdu. Bu isə ölkə Konstitusiyası ilə ziddiyyət təşkil edir – çünki 2019-cu ildən Ukraynanın NATO-ya tamhüquqlu üzv olmaq məqsədi rəsmi şəkildə təsbit olunub.

Şənbə günü Britaniya, Fransa, Almaniya və Polşa liderləri Ukraynanın mövqeyini dəstəkləyərək atəşkəsin qeyd-şərtsiz şəkildə bazar ertəsindən başlanmasının vacibliyini bildiriblər.

Lakin praktikada Rusiya tərəfinin elan etdiyi “sükut” real olmayıb. “Çepa” deyir ki, onların bölməsi döyüşlərin intensivliyində heç bir azalma müşahidə etməyib:

“Bəli, bizə danışıqlar lazımdır. Amma o (Putin) danışıqlardan qorxur. Biz heç bir atəşkəs görmədik. Daima haubitsalardan, raket sistemlərindən atəş açılırdı, hər şeydən istifadə edirdilər. Heç bir sükut hiss olunmadı.”
 

Atəşkəs rejiminin rəsmi olaraq bitdiyi gecədən sonra belə, Rusiya hərbi birləşmələri fəaliyyətlərini davam etdiriblər. “Çepa”nın kəşfiyyat dronları cəbhəyə yaxın bir kəndin yaxınlığında rus texnikasının hərəkətini qeydə alıb:


“Orada həm hərbi, həm də mülki texnikanın çoxlu hərəkəti müşahidə olunurdu. Maraqlıdır ki, cəbhə xəttinə bu qədər yaxın məsafədə mülki avtomobil dayanıb. Üstəlik, zədələnməyib. Görünür, yaxşı istifadə edirlər.”

Atəşkəs danışıqları

UNIAN-ın yazdığına görə, 10 may tarixində Volodimir Zelenski Avropa liderləri ilə birlikdə Putinə ultimatum irəli sürüb: ya Rusiya qeyd-şərtsiz, hərtərəfli atəşkəslə razılaşır, ya da Avropa və ABŞ-dan yeni sanksiyalar paketi ilə üzləşir.

Bundan sonra Rusiya lideri birbaşa sualdan yayınaraq, atəşkəslə bağlı konkret cavab verməyib, amma Türkiyədə Ukrayna ilə sülh danışıqlarına başlamağı təklif edib.

Donald Tramp isə sosial şəbəkədə buna reaksiya verərək bildirib ki, Ukrayna dərhal bu danışıqlara razı olmalıdır.

Zelenski cavabında bildirib ki, o, cümə axşamı Türkiyəyə gələcək və Putinin də orada olacağına ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO