Baş nazir əvəzi Nikol Paşinyanın başçılıq etdiyi seçici bloku olan "Mənim addımım"xa0 blokunun üzvü, Ermənistan parlamentinin deputatı Sasun Mikaelyan hesab edir ki, Ermənistan xalqının inqilabdakı qələbəsi “Qarabağxa0 azadlıq müharibəsi”ndən daha vacibdir.
"Biz Qarabağ müharibəsini qazandıq. Ölkəmizdə, sizin –xalqın qazandığı bu qələbə Qarabağ azadlıq müharibəsindən daha vacibdir” deməkdən çəkinmirəm”-xa0 S. Mikaelyanxa0 Ermənistanın Talin şəhərində baş nazir əvəzinin iştirakıyla keçirilən seçkiqabağı təşviqat zamanı söyləyib.xa0
S. Mikaelyan Qarabağ müharibəsi iştirakçısıdır.xa0 Azərbaycana qarşı döyüşlərdəxa0 fəal iştirak etmiş “Sasun” könüllü dəstəsini yaradıbxa0 və rəhbərlik edib.xa0
Sultan Laçın