Prezident Petro Poroşenko ukraynalı dənizçilər və gəmilərin azad edilməsi tələbi ilə Rusiya rəhbərliyinə müraciət edib.
Bu barədə Poroşenkonun rəsmi saytında məlumat verilib:
“Mən Rusiya Federasiyası rəhbərliyinə müraciət edərək beynəlxalq hüququ kobud şəkildə pozaraq saxlanılan və talelərindən xəbər olmayan ukraynalı hərbi qulluqçuların azad edilməsini tələb edirəm. Biz onların təcili olaraq gəmilərlə Ukrayna tərəfinə verilməsini tələb edirik”.xa0
Dövlət başçısı, eyni zamanda müraciətinə tez bir zamanda reaksiya verilməsini gözlədiyini deyib. (Qafqazinfo)