İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Qorontalo şəhərindən 155 km cənub-qərbdə, ocağı 109 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Bölgədə sunami təhlükəsi elan edilməyib.
Bizim.Media