Putin rublu xilas edən tatarı işdən çıxarır

Yaxın bir neçə həftə ərzində Rusiya Mərkəzi Bankının rəhbərliyində ciddi kadr dəyişikliyi ola bilər.

Bizim.Media xəbər verir ki, bir neçə mənbənin məlumatına görə, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın istefaya göndəriləcəyi, onun yerinə isə “Promsvyazbank” ın İdarə Heyətinin sədri Pyotr Fradkovun təyinatı artıq müzakirə mərhələsini keçib.

Bildirilir ki, Nabiullinaya Müdafiə Nazirliyinə hərbi maliyyəyə nəzarətlə bağlı vəzifəyə keçmək təklif olunacaq.

Ona antikorrupsiya auditi, maliyyə monitorinqi sistemi və hərbi-sənaye kompleksində xərclərə nəzarət tapşırılıacaq.

ABŞ-ın nüfuzlu nəşrləri Mərkəzi Bank sədrinə xüsusi diqqət göstəriblər. Məsələn, “Politico” nəşri yazırdı ki, məhz Nabiullinanın səyləri sayəsində kollektiv Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib. Nəşr yazırdı ki, Mərkəzi Bankın rəhbəri “rublu dəfələrlə xilas edən sərt pul siyasəti aparıb”. Nabiullinanın başqa bir xidməti “Qərbin görünməmiş sanksiyalarının nəticələrinin qarşısını alması” adlanır. “Politico” qeyd edirdi ki, məhz Mərkəzi Bank rəhbərinin zəkası sayəsində Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib.


“The Economist” isə Mərkəzi Bank rəhbərinin keçmiş həmkarlarına istinadən iddia edirdi ki, onu tez-tez “Polad Elvira” adlandırırlar. Məqalədə Nabiullinanın məqsədi ucuz kreditlər əldə etmək istəyən oliqarxlarla qarşıdurmasından da bəhs edilirdi.

Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub.

Mərkəzi Bankın gələcək rəhbərinin atası avtobazada sürücü, anası Züleyxa isə zavodda operator işləyib. İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.

Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək “yol göstərən ulduzu” Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib.

Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira Yasinin nazir təyin edildiyi Rusiya İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu.


Elvira Sakipzadovnanın “ulduzu” nun parlaması 1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref iqtisadi inkişaf və ticarət naziri təyin olunanda Nabiullina onun birinci müavini təyin edildi. 2007-ci ildə German Qref “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu köməkçisi təyin etdi.

2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir.

“Polad Elvira” ilə bağlı iddiaların nə qədər gerçək olduğunu bilmək üçün çox gözləmək lazım gəlməyəcək. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb – RƏSMİ

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb – RƏSMİ

"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır

Salyanda qəbiristanlıqdan meyit tapıldı

Salyanda qəbiristanlıqdan meyit tapıldı

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

İtaliyada helikopter qəzası: Ölənlər var

İtaliyada helikopter qəzası: Ölənlər var

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

Leyla Əliyevadan ailə FOTOSU

Leyla Əliyevadan ailə FOTOSU

Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlandı

Tramp: “Müctəba Xameneyinin öldüyünü düşünmürəm” – VİDEO

Tramp: “Müctəba Xameneyinin öldüyünü düşünmürəm” – VİDEO

“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” -Xalq artistindən İRAD

“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” -Xalq artistindən İRAD

Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

Biləsuvarda yük maşını kanala aşdı – VİDEO

Biləsuvarda yük maşını kanala aşdı – VİDEO

“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır”

“Azərbaycan çempionatına gedəndə ona gülürdülər, indi isə Çempionlar Liqasındadır”

Azərbaycan XİN Pakistana başsağlığı verdi - FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi - FOTO

Putin və Şara arasında telefon danışığı baş tutdu

Putin və Şara arasında telefon danışığı baş tutdu

Şabrandakı qəzada sürücü də həyatını itirdi – ÖZƏL

Şabrandakı qəzada sürücü də həyatını itirdi – ÖZƏL

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi – FOTO

End of content

No more pages to load

RADİO