ABŞ-ın Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask tutduğu vəzifəsindən istefa verdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mask bu barədə Trampın 100 günü ilə bağlı hökumətin iclasında bəhs edib.
Amerikalı iş adamı Ağ Evdə keçirilən iclasda Trampın kabinetində işləməyin şərəf olduğunu deyərək Trampın administrasiyasını tərk etdiyinə işarə edib. Onun çıxışı salonda alqışlarla qarşılanıb.
Bizim.Media