Husilər Ərəb dənizində ABŞ-nin “Carl Vinson” təyyarədaşıyan gəmisinə və onu müşayiət edən gəmilərə hücum etdiklərini iddia ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə husilərin mətbuat xidməti məlumat yayıb.
Hərəkatın sözçüsü bildirib ki, həmçinin üç pilotsuz təyyarə Aşkelon və Təl-Əvivdəki İsrail hədəflərinə zərbələr endirib.
Bizim.Media