İsrailin Baş naziri Benyamin Netanyahunun korteji Qüdsdə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail liderinin mətbuat xidməti məlumat yayıb.
Qəza Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş verib.
Məlumata görə, avtomobillərə ciddi ziyan dəysə də, İsrailin baş nazirinin özü xəsarət almayıb.
Bizim.Media