İranda “Avaner Parsian” şirkətinin İsfahanın Meymeh rayonundakı anbarında partlayış baş verib.
Bizim.Media xəbər verir ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər göndərilib.
Şirkətin İran Milli Təhlükəsizlik Şurasının nəzarəti altında atəşfəşanlıq üçün istifadə olunan vasitələr və barıt istehsal etdiyi güman edilir.
Partlayışın səbəbi hələlik açıqlanmır.
Bizim.Media