Avropada XAOS – İnsanlar küçələrə axın etdi, paytaxta ordu YERİDİLİR

Aprelin 28-də bir sıra Avropa ölkələrində kütləvi elektrik kəsilməsi baş verib. Ən çox zərər İspaniya və Portuqaliyaya dəyib. Ancaq enerjinin verilişində fasilələr Fransa, Belçika və Hollandiyada da qeydə alınıb.

İspaniya və Portuqaliyada həyat sönüb

İspaniyanın Madrid, Barselona, Sevilya, Portuqaliyanın isə Lissabon və Portu şəhərlərində işıqforlar da daxil bütün nəqliyyat sistemləri çöküb. İşıqforların işləməməsi isə tıxaca səbəb olub. Nəticədə qatarlar, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.

İşıq kəsilən ərazilərdə internetin olmaması xüsusi həyəcan yaradıb. İnsanlar nə baş verdiyini bilmədikləri üçün panikaya düşüb, küçələrə axışıblar. Küçələrdə isə ancaq fərdi generatorlarla bəzi ticarət və xidmət obyektləri işləyib. Sosial media istifadəçiləri tamamilə qaranlığa qərq olmuş böyük İspaniya şəhərlərinin görüntülərini yayımlayırlar.

Barselona sakini öz bloqunda yazır: "İnternet yoxdur, metro dayanıb, tramvaylar relslərin üzərində “donub”. Bütün mağazalar bağlıdır. Biz şəhəri gəzirdik, insanların kart oynamasını və mahnı oxumasını izləyirdik".

İndiyədək belə hal müşahidə olunmayıb.

İspaniyanın elektrik şəbəkəsi “Renfe”nin məlumatına görə, dünən yerli vaxtla saat 12:30-da elektrik enerjisi kəsilib və bütün stansiyalarda qatarların hərəkəti dayanıb.

“Problemin səbəbi hələ ki bəlli deyil. Elektrik enerjisinin bərpası üçün hazırda şirkətlərlə iş gedir. Qısa zamanda vətəndaşlara məlumat veriləcək”.

İspaniya Daxili İşlər Nazirliyi ölkədə elektrik enerjisinin verilişinin kəsilməsi fonunda fövqəladə vəziyyət elan edib. Madrid meri təhlükəsizliyi təmin etmək və yerli əhaliyə kömək etmək üçün paytaxta ordu hissələrinin yerləşdirilməsini istəyib.

Problemlər yerli vaxtla səhər saat 12 radələrində başlayıb. İspaniyanın milli elektrik şəbəkəsi operatoru Red Electrica (REE) şirkətinin məlumatına görə, aprelin 28-i axşam saatlarından etibarən elektrik enerjisinin 20%-dən çoxu bərpa edilib. Elektrik enerjisi ilk olaraq Kataloniya, Araqon, Basklar ölkəsi, Qalisiya, Valensiya və ölkənin digər regionlarında bərpa olunub.

Portuqaliyanın “Lusa” agentliyi xəbər verir ki, bu arada Portuqaliyanın bir neçə şəhərində elektrik stansiyaları fəaliyyətini bərpa edib.

Şahidlərin bildirdiyinə görə, aprelin 29-da səhər saatlarında İspaniyada hər şey tədricən bərpa olunub. Ancaq internet hələ də zəif işləyir.

Hazırda bütün İspaniyada elektrik enerjisinin 92%-dən çoxunun bərpa olunduğu bildirilir. Yerli media baş verənləri ölkədə "ən pis elektrik kəsilməsi" adlandırıb. Aprelin 29-da ölkə daxilində məktəblər bağlanacaq və vətəndaşlara hələ də mobil telefonlardan yalnız qısa zənglər üçün istifadə etmək çağırışı edilib.

Elektrik enerjisinin kəsilməsinin səbəbi nədir?

Portuqaliyanın elektrik şəbəkəsi operatoru Redes Energéticas Nacionais (REN) rəsmi açıqlamasında qeyd edir ki,  İspaniyada həddindən artıq istilər səbəbindən çox yüksək gərginlikli xətlərdə anormal dalğalanmalar müşahidə olunub. Onlar sistemlər arasında sinxronizasiyada problemlərə səbəb olub. Bu da enerjisinin kəsilməsinə gətirib çıxarıb.

Portuqaliyanın ərazi inkişafı naziri Manuel Kastro Almeyda isə maraqlı açıqlama ilə çıxış edib.

O,  sistemə haker hücumunun baş verdiyini etiraf edib. Portuqaliyanın baş naziri Luis Monteneqro isə kiberhücum versiyası haqqında danışmağın tez olduğunu deyib.

İspaniyalı mütəxəssislərsə fikir bildirməyə tələsmirlər.

İspaniyanın milli enerji operatoru “Red Ectrica” kiberhücum ola biləcəyini istisna edib. Artıq ölkədə baş verənlərlə bağlı istintaq başlayıb. İstintaq digər versiyalarla yanaşı kiberhücum versiyasını da araşdırır.

Avropa Şurasının sədri Antonio Kosta hazırda elektrik kəsilməsinin kiberhücum nəticəsində baş verdiyinə dair heç bir əlamət olmadığını deyib.

Nəzərə alaq ki, Avropa ölkələrində vahid enerji sistemi mövcuddur. Ona görə də sistemdə baş verən hər hansı bir nasazlıq digər ölkələrə də təsir edir. Artıq avropalı ekspertlər həyəcan təbili çalmağa başlayıblar ki, Avropanın mövcud elektirik sistemi “qocalıb”. Üstəlik, bundan sonra belə qəzaların tez-tez baş verəcəyi gözləniləndir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb – RƏSMİ

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb – RƏSMİ

"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır

Salyanda qəbiristanlıqdan meyit tapıldı

Salyanda qəbiristanlıqdan meyit tapıldı

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

İtaliyada helikopter qəzası: Ölənlər var

İtaliyada helikopter qəzası: Ölənlər var

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng etdi

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

End of content

No more pages to load

RADİO