Türkiyənin İstanbul şəhərində növbəti zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə yerli vaxtla saat 17:33-də 4,3 bal gücündə növbəti zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Marmara dənizi, Böyükçəkməcə rayonu olub.
Yeraltı təkanlar Yerin 7,1 km dərinliyində yerləşib.
Bizim.Media