Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Dubay-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi problem səbəbindən Bakıya təcili eniş edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya mətbuatında məlumatlar yayılıb.
Məlumata görə, sərnişinlərdən biri sərxoş halda Şeremetyevo hava limanına uçmalı olan təyyarəyə minib və qalmaqala səbəb olub. O, sərnişinlərin üstünə qışqırıb,onları vurub və stüardessaların tələblərinə məhəl qoymadan spirtli içki qəbuluna davam edib.
Sərnişinlər və təyyarə bələdçisinin köməkliyi ilə sözügedən şəxsi sakitləşdirmək mümkün olub.
Lakin həmin şəxsin nalayiq hərəkəti səbəbindən təyyarə Bakıya eniş edib və sözügedən şəxs polislər tərəfindən saxlanılaraq hava gəmisindən düşürülüb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media