Rusiyalı aktyorlar Vyaçeslav Komissarenko və Dmitri Romanov Federal Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə Rusiya vətəndaşlığından məhrum ediliblər.
Bizim.Media xəbər verir ki, bu barədə idarə məlumat yayıb.
Məlumata görə, “Stand-up”çıların Rusiyaya girişi milli təhlükəsizliyə təhdid səbəbindən qadağan edilib.
Qeyd edək ki, daha əvvəl onlardan biri Belarus rəhbəri Aleksandr Lukaşenkonu təhqir etməkdə və böhtan atmaqda ittiham olunub. İşə xüsusi icraatda baxılıb.
Bizim.Media