Çin ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflərə cavab olaraq Hollivud filmlərinin idxalını dərhal dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə SCMP məlumat yayıb.
Nəşr yazıb ki, ABŞ-ın addımları Amerika filmlərinə tələbatı daha da azaldacaq.
Qeyd edək ki, Çin 1994-cü ildən bəri bir ildə ABŞ-dən 10 Hollivud filmi alırmış. Eyni zamanda, ölkə dünyanın ikinci ən böyük film bazarıdır.
Bizim.Media