Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2030-cu il Olimpiadasının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə BOK-un icraçı direktoru Kristof Dubi məlumat paylaşıb.
Beynəlxalq Olimpiya Komitəsi oyunların keçirilməsi hüququnu şərti olaraq Fransaya həvalə etmişdi. Müqavilənin imzalanması dövlət zəmanətinin verilməsindən sonra mümkün olub.
"2030-cu il Qış oyunlarının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb", - deyə Dubi bildirib.
2030-cu il Qış Olimpiya Oyunları Fransanın iki regionunda keçiriləcək: Overn-Rona-Alp dağları və Provans-Alp-Cot d'Azur.
Bizim.Media