Moderator.az İdaho News-ə istinadən xəbər verir ki, ABŞ-da pişik balası avtomobilin kapotu altında 27 kilometr yol qət edib və sağ qalıb.xa0
Hadisə Aydaho ştatı, Nampa şəhərində baş verib. Brayan Rey (Brian Ray) maşınla işdən evə qayıdanda kapotun altından qəribə bir səs eşidib. Arvadı ilə birlikdə onlar qapağı qaldırıb və bərk qorxmuş balaca pişik balası tapıblar.
Pişik balası silindirlərin blokunun altına girib və onu yuxarıdan götürmək mümkün olmayıb. Damkratın köməyi ilə maşını qaldıranda ağzı yaralanmış pişik balasını görüblər. Birtəhər pişiyi çıxarıblar və tez onu yaxınlıqdakıxa0 heyvanlar üçün sığınacağa aparıblar. Veterinarlar baxıb və ilk yardımlarını göstəriblər. Pişik balasına ad da qoyublar-Briar (İtburnu).
Sığınacaq Facebook vasitəsilə sürücülərə xatırladıb ki, soyuq havalarda pişiklər və kiçik gəmiricilər maşınların kapotu altına girib isti yer axtarırlar. Avtomobil sahiblərinə məsləhət görürlər ki, maşını işə salmazdan öncə kapotu döyəcləyin ki, orda heyvanlar gizlənib, ya yox.
Yeri gəlmişkən, Bakıda da havalar soyuyur və belə hallarla rastlaşmaq tamamilə mümkündür.