İrana qarşı “müharibə” BAŞLAYIR – 20 milyon qaçqın bu ölkələrə AXIN EDƏCƏK

İranın ətrafında ajiotaj günbəgün qızışır. Elə təsəvvür yaranır ki, yaxın saatlarda İran viran olacaq. İsrailin Yediot Ahronot nəşri yazır ki, İsrail İrana mümkün zərbəyə hazırlaşır. Məlumata görə, bu məsələdə ABŞ da İsrailə hər cür dəstək verəcək.

Bununla paralel xəbər yayılır ki, İranın Ali lideri Əli Xameneinin göstərişinə əsasən İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.

Tarix təkrar olunur

Bu informasiyalar 2006-2007-ci illərdə yayılan anoloji məlumatların fonunda çox sönük görünür.

O zaman tərəflər bir-birini təhdidlə yanaşı həm də təhqir edirdilər. Həmin dövrdə ABŞ prezidenti Corc Buş İranı “şər ölkə”, İranın o vaxtkı prezidenti Mahmud Əhmədinejat isə ABŞ-ı “böyük şeytan”  adlandırırdı. Çox zaman bu tip çıxışlar təhqirə qədər gedib çıxırdı.

Bu cür ittihamlar sonda bölgədə ciddi qorxu və vahimə yaratdı. Hər kəs elə zənn edirdi ki, İranın yerləbir edilməsi an məsələsidir. Təbii ki, siyasi alverdən və çirkin oyunlardan xəbərsiz olan milyonlarla İran vətəndaşı o zaman digər qonşu dövlətlə yanaşı Azərbaycana da üz tutdular. Məhz 2006-2007-ci illərdə onminlərlə İran vətəndaşı ölkəmizə gəldi.

Amma İranda müharibə olmadı. Əvəzində isə neft gəlirlərinin ən yüksək olduğu bir dönəmdə Azərbaycanda süni infilyasiya yaradıldı. Cənublu soydaşlarımızın axını nəticəsində ölkəmizdə qiymətlər kəskin artdı. Xüsusilə də daşınmaz əmlak bazarında böyük qiymət sıçrayışı oldu.

2006-cı ilin əvvəllərində 25-30 min manata təklif olunan evlər 2006-cı ilin sonlarında 80-90 min manata qədər yüksəldi. Beləcə neftdən gələn gəlirlər süni şəkildə dəyərsizləşdirildi.

Anoloji vəziyyət Türkiyədə də təkrarlandı. AKP-nin hakimiyyətə gəlişindən sonra ölkə iqtisadiyyatında bir durulma, sabitlik yaranmışdı. 90-cı illərdə türkiyəli sərmayəçilərin keçmiş sovetlər ölkələrində yatırdıqları investisiyalardan 2000-ci ilin əvvəllərində Türkiyəyə çox böyük dividentlər axmağa başladı. Lirə günbəgün dəyər qazanırdı. Amma İranın ətrafında qurulan məkrli plan Türkiyə iqtisadiyyatına ağır zərbə oldu.
İran-ABŞ- İsrail oyunundan o zaman ən çox ziyan görənsə təbii ki, İraq və Əfqanıstan oldu. Amma sonda nə İran, nə ABŞ, nə də İsrail müharibəyə başladı.

Bu gün tarix təkrarlanır

Yayılan məqsədli informasiyalar elə fon yaradır ki, hər an dəhşətli müharibə başlayacaq. Təbii ki, bu informasiyaların hədəfi bəllidir. Hədəf bölgədə siyasi gərginlik yaratmaq, daha sonra isə siyasi gərginliyi iqtisadi xaosa çevirməkdir.

Bəllidir ki, son illər bölgədə hər hansı bir gərginlik yaşanmır. Əksinə bölgə dövlətləri iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün müxtəlif layihələr üzərində çalışır. Zəngəzur dəhlizi, 3+3 platforması və digər layihələr buna nümunə ola bilər.

Qərb nə istəyir?

Nəzərə alaq ki, bu və digər layihələr ABŞ və Avropa İttifaqının iştirakı olmadan reallaşdırılır. Bu isə təbii ki, qlobal gücləri razı sala bilməz. Ona görə də Qərb yenidən İran kartından istifadə etməyə başlayıb. Məqsədsə odur ki, bögədəki siyasi sabitlik pozulsun, iqtisadi əməkdaşlıq dayandırılsın və region ölkələrin iqtisadi imkanları güclü şəkildə sarsıdılsın.

Bu gün Qərbin hədəfi müharibə xofu yaratmaqla İrandan qonşu dövlətlərə qaçqın axınını başlatmaqdır. Nəzərə alaq ki, İranın 70 milyona yaxın əhalisi var. Yaradılan ajiotajdan bu qədər əhalinin 15-20 milyonu Azərbaycan, Türkiyə, İraq, Türkmənistan, Pakistan və digər ölkələrə qaçsa, o zaman həmin ölkələrin iqtisadi əsasları ciddi şəkildə zərbə alacaq. Ölkədaxili sabitlik pozulacaq. Cinayətlərin sayı artacaq və s. Hələ infilyasiyanın gətirəcəyi bəlaları demirik.

Bax, hazırda Qərb bu layihənin üzərində işləyir. Hədəfsə İran yox, bölgə dövlətləridir. Ən pisi də odur ki, hədəf olunan ölkələr arasında Türk dövlətləri daha çoxdur. Bu məsələ Qərbin xüsusi diqqətindədir.

Müharibə olmayacaq

Dəfələrlə demişik ki, ABŞ və onun əlaltıları heç zaman İranla açıq müharibəyə getməyəcək. Çünki hər iki tərəf eyni qapıya oynayır. Məqsədsə tərəflər arasında gərginliyi pik həddə çatdırmaqdır. Yalnız bu zaman regionda gərginlik yaranacaq.

Nəticədə təkcə region ölkələrində ictimai-siyasi sabitlik pozulmayacaq, həm də region ölkələrə investisiya yatırmaq istəyən böyük şirkətlər geri çəkiləcək. Beləcə Türkiyə, Azərbaycan və digər ölkələrin iqtisadi cəhətdən qüdrətlənməsinə süni əngəl yaradılacaq.

Bəs, bu bədnam plan son mərhələyə nə zaman keçəcək?

Bunun üçün konkret vaxt deyə bilmərik. Deyə biləcəyimizsə odur ki, ABŞ prezidenti növbəti dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təriflər yağdırıb. Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra deyib ki, Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı adamdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğunu vurğulayıb:

"Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə mənə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb".

Bu da klassik riyakarlığın növbəti təcəssümüdür.

Ərdoğana təriflər yağdıran Tramp sətiraltı mesaj verib ki, Suriyada baş verənlər “Türkiyənin işi”dir. Beləcə, Amerika lideri Ərdoğanı çox sevdiyindən tərifləməyib, əksinə Türkiyənin regionda əsas güc olduğu mesajını verib. Bu da Ağ Evin öz əlaltılarına  bir ismarışıdır.

Ona görə də İran ətrafında yaradılan “siyasi gərginlik” daha çox region dövlətləri üçün bir təhdid layihəsidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda dəm qazı ər-arvadı xəstəxanalıq etdi

Goranboyda dəm qazı ər-arvadı xəstəxanalıq etdi

Tramp–Zelenski görüşü erkən vaxta çəkildi

Tramp–Zelenski görüşü erkən vaxta çəkildi

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi - FOTO

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi - FOTO

Naxçıvanda qarın hündürlüyü 29 sm-ə çatdı

Naxçıvanda qarın hündürlüyü 29 sm-ə çatdı

Qumralın ərinə təbriki müzakirə yaratdı - VİDEO

Qumralın ərinə təbriki müzakirə yaratdı - VİDEO

Ötən gecə Ukrayna Rusiyaya neçə dron göndərib?

Ötən gecə Ukrayna Rusiyaya neçə dron göndərib?

Pezeşkiandan Azərbaycanla bağlı AÇIQLAMA

Pezeşkiandan Azərbaycanla bağlı AÇIQLAMA

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Gəncədə avtomobil kişini vurdu

Gəncədə avtomobil kişini vurdu

Şirkətini satdı - 240 milyon dolları əməkdaşlarına payladı

Şirkətini satdı - 240 milyon dolları əməkdaşlarına payladı

Kişi tualetdə görün nə aşkar etdi?

Kişi tualetdə görün nə aşkar etdi?

Şəbnəm Tovuzlunun illər öncə çəkilən VİDEOSU

Şəbnəm Tovuzlunun illər öncə çəkilən VİDEOSU

Ən cazibədar qadınlar bu ayda DOĞULUR

Ən cazibədar qadınlar bu ayda DOĞULUR

Putin Nazarbayevi Kremlə dəvət etdi - VİDEO

Putin Nazarbayevi Kremlə dəvət etdi - VİDEO

İrəvanda yanğın: Şəhərin bir neçə rayonunda işıq kəsildi - VİDEO

İrəvanda yanğın: Şəhərin bir neçə rayonunda işıq kəsildi - VİDEO

Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR

Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR

İran əhalisinin 46 milyonunu itirəcək

İran əhalisinin 46 milyonunu itirəcək

Dünya Karate Federasiyasından Rafael Ağayevlə bağlı paylaşım - FOTO

Dünya Karate Federasiyasından Rafael Ağayevlə bağlı paylaşım - FOTO

Bakdan Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR yaşandı

Bakdan Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR yaşandı

Trampın 28 yaşlı mətbuat katibi HAMİLƏDİR - 60 yaşlı sahibkarla... - FOTO

Trampın 28 yaşlı mətbuat katibi HAMİLƏDİR - 60 yaşlı sahibkarla... - FOTO

Sabirabadda avtomobil su kanalına düşdü - ÖLƏN VAR

Sabirabadda avtomobil su kanalına düşdü - ÖLƏN VAR

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

"Arsenal" yenidən lider oldu

"Arsenal" yenidən lider oldu

"Valideynlərimdən üzr istəyirəm" - Saçlarını boyadı

"Valideynlərimdən üzr istəyirəm" - Saçlarını boyadı

End of content

No more pages to load

RADİO