Finlandiya hakimiyyəti Ukraynaya 1,6 milyon avro yardım ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Ukrayna Dövlət Vergi Xidmətinə (DVX) etimadın möhkəmləndirilməsi" layihəsi ölkənin daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib.
Layihənin 2025-2028-ci illərdə həyata keçirilməsi üçün 1,6 milyon avro ayrılıb", - məlumatda qeyd olunub.
Bizim.Media