Hindistan Ermənistanı savaşa hazırlayır - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bizim.Media xəbər verir ki, budəfəki buraxılışda İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində Ermənistan və Hindistan arasında qurulan hərbi əməkdaşlıq əlaqələrindən bəhs olunub.

İşğalçı ölkənin Azərbaycan tərəfindən darmadağın edilən ordusunu yenidən dirçəltmək yolunda səylərini əsirgəməyən rəsmi Dehli İrəvana göndərdiyi silahlarla yanaşı, zinvor ordusu üçün xüsusi təyinatlı qüvvələr yetişdirmək öhdəliyini də öz üzərinə götürüb.

"Indian Defence Research Wing" hərbi nəşrinin bununla bağlı yaydığı məlumata görə, Ermənistan ordusunun nümayəndələri artıq əməkdaşlıq proqramına hazırlıq çərçivəsində Hindistanın "ŞATRUCİT" elit briqadasının bazasına da baş çəkiblər.

Səfər zamanı erməni ordusunun yeni yaradılmış Xüsusi Əməliyyat Qüvvələri mənsublarının Hindistanın "High Altitude Warfare School" (HAWS) − "Yüksək Hündürlükdə Döyüş Məktəbi"ndə təlim keçməsi razılaşdırılıb. Məktəb yüksək hündürlükdə döyüş, qar uçurumuna dırmaşma, dağda sağ qalma bacarıqları, əks-kəşfiyyat və eyni zamanda, qar və buz sənətkarlığı üzrə əsgər və zabitlər hazırlayır.
 

Artıq çoxdan məlumdur ki, Ermənistanla hərbi sahədəki bu cür sıx əməkdaşlıq rəsmi Dehlinin ilk növbədə Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı strateji hədəflərinin olmasından irəli gəlir. Bu istiqamətdə onun revanş həvəsi ilə alışıb-yanan və bu illüziya arxasınca özünü dağa-daşa vuran Ermənistandan istifadə etməyə çalışmasında qəribə heç nə yoxdur.



Çünki Qafqazın üç ölkəsi arasında yalnız Ermənistanın belə dərin "özünü istifadəyə vermə" təcrübəsi var və bundan yararlanmamaq Dehli üçün ağılsızlıq olar. Üstəlik, o halda ki, bu, hind hökumətinə həm də özünün ciddi sınaqlardan çıxmamış hərbi sənaye məhsullarını İrəvanda yaxşı qiymətə realizə etmək imkanları yaradır.

O ki qaldı Ermənistan ordusunun, xüsusilə də sözügedən erməni əməliyyat qüvvələrinin hind xüsusi təyinatlı məktəbindən əldə edəcəklərinə, hərbi sahəyə bələdçiliyi olan hər kəs bilir ki, ölkə xaricində əldə edilən istənilən bilik və bacarıqları yerli müharibə teatrının şərtlərinə uyğunlaşdırmadan tətbiq etmək mümkün deyil. Bu, özlüyündə əsaslı yanaşma və zaman tələb edən bir işdir.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt çox sayda yeni ekzoplanet aşkarlayıb

Süni intellekt çox sayda yeni ekzoplanet aşkarlayıb

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

İranda əsgərlik yaşı 12-yə endirildi

İranda əsgərlik yaşı 12-yə endirildi

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

End of content

No more pages to load

RADİO