Ötən gecə Moskvada Lesnoy küçəsində altımərtəbəli binada, üçotaqlı mənzildə yanğın olub.
Bizim.Media mk.ru-ya istinadən xəbər verir ki, mənzildə SSRİ dönəmində “Göydə mərkəz” filmində rolu ilə məşhurlaşan aktrisa Lyudmila Suvorkinanın yanmış meyiti aşkarlanıb.
Qeyd edək ki, Lyudmila Suvorkina 25 yanvar 1951-ci ildə anadan olub. Tula və Çelyabinsk teatrlarında, 1978-ci ildən isə Kiçik Teatrda çalışıb, uşaq teatrının əsasını qoyub, kinolarda yer alıb.
Bizim.Media