“Tehran ABŞ-la təhdid altında deyil, bərabər şərtlərlə danışıqlara hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Məsud Pezeşkian bildirib.
"İran bərabər şərtlərlə dialoq istəyir. Bir tərəfdən İranı hədələyir, digər tərəfdən isə danışıqlar istəyirlər. Danışıqlar istəyirsənsə, təhdid etməyin nə mənası var?
ABŞ bu gün təkcə İranı deyil, bütün dünyanı aşağılayır. Bu davranış danışıqlar çağırışına ziddir", - Pezeşkian qeyd edib.
Bizim.Media