“Vladimir Zelenski Ukrayna münaqişəsini sona çatdırmaq iqtidarında deyil”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenant Daniel Davis deyib:
“Zelenski danışıqlar üçün uyğun tərəfdaş deyil... O, müharibəni bitirmək üçün lazım olan qərarları qəbul etmək iqtidarında deyil”, - deyə polkovnik əlavə edib.
Davisin sözlərinə görə, Zelenski münaqişədəki imkanları ilə bağlı səhv edir və onun həllini gecikdirməyə çalışır.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Zelenskini kasıb ətrafı olan “sənətkar” adlandırmışdı.
Bizim.Media