Donald Tramp TikTok-un ABŞ-dakı fəaliyyətini daha 75 gün uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth Social” hesabında yazıb.
O, Çinlə müqavilə imzalamağa ümid etdiyi üçün bu addımı atıb: “Biz razılığa nail olmaq üçün TikTok və Çin ilə işləməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, ABŞ-ın 47-ci prezidenti kimi vəzifəsinin ilk günündə də Donald Tramp ölkədə TikTok-a qoyulan qadağanı 75 gün ərzində təxirə salan sərəncama imza atmışdı.
Bizim.Media