Zelenski ölkədən qaçır, keçid hökuməti yaradılır – Ukrayna üçün FACİƏVİ SSENARİ

Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın günlərdə  Cənubi Afrika Respublikasına səfər edəcəyi gözlənilir. Bu barədə CAR prezidentinin mətbuat katibi Vinsent Maqvenya məlumat verib. O bildirib ki, səfərin aprelin 10-da baş tutması planlaşdırılır.

Bu Zelenskinin qaçış planıdır?

Bu xəbərin ardınca sensasion sayılacaq informasiyalar dövriyyəyə buraxılıb. Guya ki, aprelin 10-da Cənubi Afrikaya səfər edəcək Zelenski bu səfərdən qayıtmayacaq.

Məsələn, Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski sensasion sayılacaq məlumat yayıb. O öz Telegram kanalında bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Cənubi Afrikaya planlaşdırılan səfərindən geri qayıtmayacağı ilə bağlı fərziyyələr var.

O deyib ki, hazırda atəşkəs imzalandıqdan sonra mümkün “hakimiyyət keçidi” ilə bağlı şayiələr artır.

“Zelenskinin tezliklə gedəcəyi ilə bağlı çoxlu şayiələr var. Bu, çox güman ki, sabit atəşkəs imzalandıqdan sonra baş verəcək. Ola bilər ki, o, Cənubi Afrikaya getsin və bir daha geri qayıtmasın”, – Dubinski əlavə edib.

Təbii ki, ukraynalı deputatın bu fikirləri birmənalı qarşılanmayıb. Eyni zamanda ciddi müzakirələrə yol açıb. Çünki Ukrayna hazırda müharibə başlayandan bəri ən ağır duruma düşüb. Müharibədəki uğursuzluğun miqyası getdikcə böyüyür. Buna paralel olaraq Qərb Ukraynaya yardımlarını azaldır. ABŞ isə birmənalı şəkildə deyir ki, Zelenski Trampın şərtlərinə razılıq verməsə, bütün yardımlar və siyasi dəstək dayandırılacaq.

Trampsa heç də az şey istəmir...

Rəsmi məlumatlara görə, Tramp Zelenskidən yardımların və dəstəyin davam etdirilməsi üçün 500 milyard dollarlıq təbii sərvət tələb edir. Lakin qeyri-rəsmi məlumatlara görə söhbət daha böyük rəqəmdən gedir. Belə ki, Tramp sərfəli sülh üçün Zelenskidən Ukraynanın təbii sərvətlərinin yarısını istəyir. İlkin hesablamalara görə Ukraynanın təbii sərvətləri 20 trilyon dollar civarındadır. Bunun da yarısı 10 trilyon dollar edir. Deməli, Tramp Zelenskidən faktiki olaraq 10 trilyonluq sərvət tələb edir.

Zelenski də hələlik dirəniş göstərib Trampa “hə” demir. Amma Ukrayna lideri üçün alternativ yoxdur. Əgər ən azından müharibəni davam etdirmək və yaxud uğurlu sülh sazişinə nail olmaq istəyirsə, Zelenski Trampın tələbinə boyun əyməlidir. Çünki ABŞ siyasi və maddi dəstəyini dayandırsa, Zelenski üçün faciəli sonluq qaçılmaz olacaq.

Ukraynada seçki anonsu

Baş verənlər fonunda belə bir məlumat yayılıb ki, iyulda Ukraynada prezident seçkiləri keçirilə bilər.

Halbuki Zelenski prezident seçkilərini müharibənin bitəcəyi günə qədər təxirə salmışdı. Bütün bunlardan sonra yaxın aylarda prezident seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatların dövriyyəyə buraxılması çox müəmmalı görünür. Üstəlik, Ali Radanın üzvünün Zelenskinin qaçacağı ilə bağlı məlumat yayması xeyli sual və təəccüb doğurur.

Aprelin 30-dək atəşkəs...

“The Economist”in məlumatına görə, Vaşinqton aprelin 30-dək Ukraynada atəşkəsə nail olmaq istəyir.

“ABŞ rəsmiləri Trampın hakimiyyətdə olduğu ilk 100 gün ərzində atəşkəsə nail olacağına ümid edirlər”, – deyə nəşr qeyd edib.

Halbuki rəsmi Moskva ABŞ-ın irəli sürdüyü atəşkəs təşəbbüsün qəbul etməyib. Bununla belə Qərb mətbuatı israrla bildirir ki, aprelin sonuna kimi Rusiya ilə Ukrayna atəşkəs sazişi imzalayacaq.

Bu əminlik daha çox onunla bağlıdır ki, Tramp hakimiyyətinin 100-cü gününü uğurla qarşılamaq istəyir. Ölkə daxilində bu günə qədər rəğbət doğuracaq hər hansı bir fəaliyyətin olmadığını nəzərə alsaq, Trampın atəşkəs sazişinə ümid yeri kimi baxması başa düşüləndir.

Nəzərə alaq ki, bu razılaşmaya qədər Ukrayna ilə ABŞ arasında mineral ehtiyatların birgə istismarına dair saziş imzalanmalıdır. Amma bu sahədə də hər hansı bir hərəkətlilik yoxdur.

Bu vəziyyət tufanqabağı sakitliyi xatırladır.

Əgər ehtimallar özünü doğrultsa, o zaman Zelenskinin qaçış planı bu ay baş tuta bilər. Ola bilsin ki, Zelenski təslimçi sazişə imzalamamaq üçün ölkədən getsin. Bundan sonra Ukraynada ABŞ-ın və eləcə də Rusiyanın diqtəsini qəbul edəcək keçici hökumət formalaşa bilər.

Beləliklə, aprelin 30-dək atəşkəs razılaşması mümkün ola bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laçın şəhəri də ağ örpəyə büründü - FOTO

Laçın şəhəri də ağ örpəyə büründü - FOTO

Bu ölkədə “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibləri nə edəcəklərini bilmirlər

Bu ölkədə “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibləri nə edəcəklərini bilmirlər

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Gədəbəydə avtomobil yollarını buz bağladı

Gədəbəydə avtomobil yollarını buz bağladı

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Astanada yanğın - Binanın damı uçdu - FOTO

Astanada yanğın - Binanın damı uçdu - FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

End of content

No more pages to load

RADİO