ABŞ və Rusiya arasında GİZLİ ANLAŞMA – Bu dövlətlərin sonu YAXINLAŞIR... – SENSASİON DETALLAR

Xəbər verdiyimiz kimi, martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar baş tutub. 

Rusiyanı danışıqlarda senator Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda təmsil edib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti ilə ABŞ nümayəndələri arasında ilk görüş fevralın 17-də Səudiyyə Ərəbistanında olmuşdu. Bu görüşlərin əsasən Ukrayna münaqişəsi ilə bağlı olduğu deyilsə də, bu sahədə son 2 ayda heç bir razılığa gəlinməyib. Amma hadisələrin inkişafı göstərir ki, bu görüşlərdə ABŞ-la Rusiya bir çox məsələlərdə ortaq dil tapa biliblər.

Dünya yenidən bölüşdürülür

Beynəlxalq ekspertlər iddia edirlər ki, hazırda ABŞ-la Rusiya arasında gedən danışıqların əsas qayəsi dünyanın yenidən bölüşdürülməsidir. Həm Yaxın Şərqdə, həm də Ukraynada heç bir uğur qazanmayan rəsmi Vaşinqton rəsmi Moskva ilə dil tapmağa çalışır. Çünki Rusiya hazırda küncə sıxışdırılmış vəziyyətdə görünsə də, kifayət qədər gücə malikdir.

Tək bir faktı deyək ki, dünyanın ən böyük əmtəə istehsalçısı olan Çin və dünyanın üçüncü ən böyük ÜDM-nə sahib Hindistan hələ də Rusiyanın yanındadır. Bu səbəbdən ABŞ-Aİ birliyi Rusiya-Çin-Hindistanın birliyi fonunda çox zəif görünür.

Üstəlik, Asiyadakı siyasi və iqtisadi birlik gücləndikcə ABŞ-la Aİ arasındakı əlaqələr daha da zəifləyir. Çünki Aİ ABŞ üçün “mehriban düşməndir”. Ona görə də Rusiya ilə münasibətləri bir qədər normallaşdırmaq Tramp Adminstrasiyasına hava-su kimi vacibdir.  

Trampın çıxış yolu

Nəzərə alaq ki, hakimiyyətdə olduğu 3 ayda Tramp Amerika xalqına vəd etdiyinin heç birini verə bilməyib. Əksinə, ötən aydan ABŞ-a idxal olunan məhsullara yeni tətbiq olunun vergi və gömrük rüsumları daxili bazarda qiymətləri 30-40 faiz bahalaşdırıb. İnflyasiyadan və bahalaşmadan narahatlıq keçirən amerikalılar isə artıq Trampdan hesab soruşmağa başlayıblar. Artıq hər gün Konqresin və Ağ Evin qarşısında etiraz mitinqləri keçirilir.

Tramp çıxış yolunu Rusiya ilə münasibətlərin bir qədər yumşaldılmasında görür. Çünki Kreml ilə ümumi dil tapmaq rəsmi Vaşinqton üçün çox vacibdir. Əgər bu baş tutsa, o zaman ABŞ Avropa İttifaqının siyasi, Çininsə iqtisadi təzyiqlərindən bir qədər qurtular. Ən azı zaman qazanmış olar. Bunun hesabına da Tramp  Amerika xalqına həm ucuz əmtəə məhsulları verər, həm də bir qədər vaxt qazanar.

Tramp Putinə nə vəd edir?

Məlum olduğu kimi Rusiya Qərbin ağır iqtisadi sanksiyaları altında çətin günlər yaşayır.

Həmçinin ABŞ-ın ümumi dövlət borcu 36 trilyonu keçib. Yəni prinsipcə  iki ölkə eyni aqibəti yaşayır. Bunların fonunda isə Çin, Hindistan, Türkiyə və bəzi Avropa dövlətləri öz iqtisadi güclərini artırır. Bu nə ABŞ-a, nə də Rusiyaya yaxşı heç nə vəd etmir. Ona görə də Tramp hökuməti əvvəlki incikliyi bir tərəfə qoyub Rusiya ilə ümumi dil tapmaq istəyir.

Bunun üçün Tramp Putinə müəyyən vədlər verir. Ağ Evdəkilər Kremldəkilərə vəd veriblər ki, birgə hərəkət etsələr, Qərbin sanksiyaları əvvəlcə yumşaldılar, daha sonra isə aradan qaldırılar. İkinci bir öhdəlik isə Rusiyanın ABŞ-da və Avropadakı 300 milyardlıq dondurulmuş aktivlərinin geri qaytarılmasıdır.

ABŞ liderinin üçüncü vədi “Şimal axını”nın yenidən bərpasıdır. ABŞ və Rusiya arasında  danışıqların getməsi, xüsusilə də Qərbi Sibir qazının Avropaya qaytarılması və “Nord Stream” boru kəmərinin bərpası planları gizli sövdələşmə şübhələrini daha da artırır. Hətta Trampa yaxın maliyyəçilərin Rusiya suveren fondunun rəhbəri Kiril Dmitriyev ilə əlaqələri və ortaq enerji layihələrinə giriş imkanı da gündəmə gəlib.

Xarici işlər naziri Sergey Lavrovun sözügedən mövzuda açıqlaması da diqqət çəkir:

“Əgər amerikalılar Avropaya təzyiq göstərsə və onları Rusiya qazını qəbul etməyə məcbur etsə, bu, bizim üçün qələbə olacaq”.

“Minerallar sazişi”ndən kimlər qazanclı çıxa bilər?

Təsadüfi deyil ki, “The Telegraph” nəşri bu günlərdə yazıb ki, Trampın “minerallar sazişi” Zelenskiyə təzyiq, Putinə qaz imperiyasını bərpa şansı yaradır.

ABŞ prezidenti Donald Trampın hazırladığı və “The Telegraph” tərəfindən ələ keçirilmiş gizli “bərpa planı” dünya diplomatiyasında bənzəri görünməmiş bir sənəd kimi qiymətləndirilir. Plan Ukraynaya bərpa üçün dəstək adı altında, əslində onun neft, qaz, nadir torpaq elementləri, metal və nəqliyyat infrastrukturuna tam nəzarəti ABŞ-a verən neokolonial müqavilədir.

Təsadüfi deyil ki, bu günlərdə Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz daşımaların təmin edilməsi barədə razılığa gəliblər. Bu barədə Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evin yazılı bəyanatında deyilir:

“Birləşmiş Ştatlar və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”.

Bu da o anlama gəlir ki, ABŞ Ukrayna üzərindən Rusiya ilə bazarlıq edir.

Məlumdur ki, Tramp Zelenskini bədnam sazişi imzalamağa məcbur edir. Ağ Evdəkilər deyirlər ki, Zelenski ya bu razılaşmanı imzalamalı, ya da ABŞ-ın dəstəyindən məhrum qalmalıdır.

Müqavilədə isə qeyd edilir ki, Ukrayna ABŞ-a 100 milyard dollar borc ödəyənə qədər bütün gəlirlərin hamısı Vaşinqtona çatacaq. Ukrayna isə yalnız borc ödənəndən sonra gəlirin 50 faizinə sahib ola biləcək. Bunun üçün isə heç bir təhlükəsizlik zəmanəti və ya ABŞ tərəfindən maliyyə yatırımı nəzərdə tutulmur.

Zelenskinin qərarını gözləmədən Tramp artıq öz işini görür. Yaxın aylarda Ukraynanın qiymətli mineral ehtiyatını rahatlıqla daşımaq üçün Tramp Putindən Qara dənizdə hərəkət sərbəstliyinə “ok” alıb.

Beləcə, büdcəsi boş, iqtisadiyyatı defolt vəziyyətində olan ABŞ-ı xilas etmək üçün Tramp Kreml ilə sövdələşməyə gedir. Qara dəniz razılaşması iki supergüc arasında razılaşmanın ilk simptomlarıdır.

Bəs, dünyanın yenidən bölüşdürülməsi üçün Ağ Evlə Kreml daha hansı razılığa gəliblər?

Bu sualın cavabı isə yaxın gələcəkdə bəlli olacaq...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laçın şəhəri də ağ örpəyə büründü - FOTO

Laçın şəhəri də ağ örpəyə büründü - FOTO

Bu ölkədə “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibləri nə edəcəklərini bilmirlər

Bu ölkədə “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibləri nə edəcəklərini bilmirlər

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Gədəbəydə avtomobil yollarını buz bağladı

Gədəbəydə avtomobil yollarını buz bağladı

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Astanada yanğın - Binanın damı uçdu - FOTO

Astanada yanğın - Binanın damı uçdu - FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Türkiyəli basketbolçunun komandasından NÖVBƏTİ QƏLƏBƏ

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Elmar Hüseynov Milli Məclisdə yüksək vəzifəyə təyin olundu

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Şimal bölgəsinə yenidən qar yağdı - FOTO/VİDEO

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

Tacir: “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

End of content

No more pages to load

RADİO