SEPAH Fars körfəzi sularında iki xarici neft tankeri ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-ın İkinci Dəniz Bölgəsinin İctimai Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, 25 nəfərlik ekipaj heyəti olan "Wintage" və "Star1" adlı iki tanker üç milyon litrdən çox qaçaqmalçılıq yolu ilə dizel yanacağı daşıyıb və Buşehr limanına doğru aparılarkən ələ keçirilib.
Bizim.Media