Polşa ABŞ sazişinin bir hissəsi olaraq “Patriot” raketdən müdafiə sisteminə 2 milyard dollar sərmayə qoyacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamışın sözlərinə görə, müqaviləyə texniki xidmət və kadr hazırlığı daxildir və bu, “Patriot” sisteminin tam döyüş hazırlığına yerləşdirilməsinə imkan verəcək.
Polşanın baş naziri Tusk müraciətində bildirib ki, müqavilə artıq imzalanıb.
Bizim/Media