Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb.
Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, yaralı sayı 3400-ü keçib.
Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki zəlzələ baş verib. Bu gün isə Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib.
Bizim.Media