Rusiyanın "Birinci kanal"ının hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı bloqer Vladimir Romanov öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, jurnalist martın 26-da vəzifə borcunu yerinə yetirərkən həyatını itirib.
Bloqerin sözlərinə görə, Prokofyeva Krasnoyarsk vilayətinin Demidovka şəhərində işləyirdi.
Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Anna Prokofyeva ölümündən öncə "Telegram" kanalında hərbi geyimdə son fotosunu yayımlayıb.
Bizim.Media