Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə əməkdaşları Rusiya qanunvericiliyinin pozulması faktını aşkarlayıblar.xa0
Həştərxanın Xarabalinsk rayonunda sərhədçilər qadağan olunmuş əraziyə girən Azərbaycan vətəndaşını saxlayıblar.xa0
Kişi bunu bilmədən etdiyini deyib. Ancaq qanunu bilməmək məsuliyyətdən azad etmir.xa0
Həmin şəxs Rusiyanın qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması və prosessual qərarlar qəbul edilməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.(oxu.az)