Azərbaycanda saxlanılan kriminal avtoritet Hindistana ekstradisiya EDİLƏCƏK

Azərbaycan Carkhand ştatında ən çox axtarılan qaçağı, Bakı həbsxanasında saxlanılan, Sunil Mina kimi də tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqləyib.

Bizim.Media Hindistan KİV-ə istinadən xəbər verir ki, Carkhand polisinin baş direktoru Anuraq Qupta mərkəzi qurumların köməyi ilə onun ekstradisiyası ilə bağlı bütün hüquqi prosedurların tamamlandığını təsdiqləyib.

Carkhandın Terrorla Mübarizə Bölməsi (TMB) İnterpol vasitəsilə tutarlı sübutlar təqdim edib və bu, Azərbaycan məhkəməsinə Mayankı təhlükəli cinayətkar elan etməyə və onun ekstradisiyasını təsdiqləməyə imkan verib.

Carkhand TMB-nin nümayəndələrindən ibarət komanda qısa zamanda Mayankı aparmaq üçün Azərbaycana gələcək.

Bu işdə Hindistan və Azərbaycan arasında ekstradisiya müqaviləsi həlledici rol oynayıb. Polis rəsmiləri bunu xaricdən fəaliyyət göstərən cinayətkarlarla mübarizədə böyük irəliləyiş kimi qiymətləndirirlər. Onlar düşünürlər ki, Mayankın qaytarılması təkcə Carkhand polisinə kömək etməyəcək, həm də mütəşəkkil cinayətkarlıq şəbəkələrini parçalamaqda digər ştatlara yardımçı olacaq.

Mayank xaricdə həbs edilən və ekstradisiya ilə üzləşən ilk carkhandlı cinayətkar olub. O, sosial mediada dəbdəbəli həyat tərzini və müasir silahlarını nümayiş etdirməklə şöhrət qazanıb.

Carkhand polisinin uzun səylərindən sonra o, keçən il Bakıda həbs edilib.

Mayankın uzun kriminal tarixçəsi var və qanqster Lourensin uşaqlıq dostu olub. Son iki il ərzində o, Malayziyada yaşasa da, Carkhandda qəsb və digər cinayətləri təşkil edən, polislə atışmada öldürülən qanqster Aman Sahu ilə sıx əməkdaşlıq edib. O, internet zənglərindən istifadə edərək tez-tez iş adamlarını təhdid edib, sosial şəbəkələrdə aktivlik göstərərək öz dəstəsini açıq şəkildə təbliğ edib. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

G7 İranla münaqişə fonunda mülki əhaliyə qarşı hücumların dərhal dayandırılmasına ÇAĞIRDI

G7 İranla münaqişə fonunda mülki əhaliyə qarşı hücumların dərhal dayandırılmasına ÇAĞIRDI

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

“Real” bu futbolçu yollarını ayıracaq

“Real” bu futbolçu yollarını ayıracaq

Bakının iki rayonunda evlərini su basan sakinlər təxliyə edildilər - VİDEO

Bakının iki rayonunda evlərini su basan sakinlər təxliyə edildilər - VİDEO

Masallıda QƏZA: 34 yaşlı sürücü həyatını itirdi, 2 yaralı var - FOTO/VİDEO

Masallıda QƏZA: 34 yaşlı sürücü həyatını itirdi, 2 yaralı var - FOTO/VİDEO

Güləşçimiz cəzalandırıldı - SƏBƏB

Güləşçimiz cəzalandırıldı - SƏBƏB

Dünya səyyahları Füzulidə - FOTO/VİDEO

Dünya səyyahları Füzulidə - FOTO/VİDEO

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

End of content

No more pages to load

RADİO