Sinqapurda “British Airways” aviaşirkətinin təyyarə bələdçisi uçuşlar arasında stüardessaya təcavüz edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Adı açıqlanmayan şəxs ittiham elan olunduqdan sonra həbs edilib. Məlumata görə, daşıyıcı şirkətin menecerləri, ölkə rəsmiləri dəmir barmaqlıqlar arxasında olan şübhəli şəxslə əlaqə saxlamaq üçün Sinqapura uçublar.
Təcavüzdə təqsirli bilinən bələdçini 20 ilə qədər həbs, pul cəzası gözləyir.
Bizim.Media