Türk jurnalistin İrəvan reportajı erməniləri qəzəbləndirdi - VİDEO

Bir neçə gün əvvəl Ermənistan tərəfinin dəvəti ilə İrəvana səfər edən və Baş nazir Nikol Paşinyandan müsahibə alan Türkiyənin CNNTürk telekanalının xəbər redaktoru İdris Arıkan "Blokadada olan ölkə - Ermənistanda nə danışırlar?" reportajı ilə erməniləri hiddətləndirib.

Bizim.Media xəbər verir ki, İdris Arıkan 26 dəqiqəlik reportajda İrəvanı qədim türk şəhəri, burada yerləşən Göy məscidi isə türk məscidi kimi təqdim edib.

"Yerevanın türkcə adı İrəvandır. Yəni əslində bu, türk tarixində yeri olan bir şəhərdir", - türkiyəli jurnalist Göy məscidin fonunda bəyan edib və onun İrəvanda qalan yeganə məscid olduğunu vurğulayıb.

"Tarixə nəzər salsaq, məscidin tikintisi 1700-cü illərə təsadüf edir", - deyə qeyd edən jurnalist onun qədim İrəvan xanlığı bölgəsində, Hüseynəli xanın dövründə tikildiyini vurğulayıb.

"Məscid əvvəlcə Hüseynəli adlansa da, sonradan Göy cami adlandırılıb...

Əslində İrəvanda türk tarixşünaslığında məlum olduğu kimi 8 məscid var idi. O vaxtlar burada Azərbaycan türkləri də yaşayırdı...", - İdris Arıkan qeyd edib.

O, "bir zamanlar İrəvanda yaşamış Azərbaycan türkləri qayıda bilərmi?", - deyə sual edib.

Türkiyəli jurnalistin təqdimatından qəzəblənən ermənilər onu açıq dezinformasiya yaymaqda, Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməkdə günahlandırıblar.

"26 dəqiqəlik reportajda o, Ermənistanı tünd rənglərlə təqdim edib. Belə təəssürat yaradıb ki, Ermənistan çox ağır iqtisadi vəziyyətdədir, hər hansı inkişaf perspektivindən uzaqdır və yeganə xilas yolu Türkiyə ilə sərhədlərin açılmasıdır", - Ermənistan KİV-lərinin İdris Arıkanla bağlı yayımladıqları məqalələrdə qeyd edilib. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Keçmiş ərim üçün elçi gedəcəyəm"

"Keçmiş ərim üçün elçi gedəcəyəm"

Pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Meloni dünya liderlərindən aldığı hədiyyələri satır – SİYAHI

Meloni dünya liderlərindən aldığı hədiyyələri satır – SİYAHI

Azərbaycanda 7000-dən çox araq saxta çıxdı - FOTO

Azərbaycanda 7000-dən çox araq saxta çıxdı - FOTO

Su polisi Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var - VİDEO

Su polisi Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var - VİDEO

Şamaxının mərkəzində keçilməz yollar -VİDEO

Şamaxının mərkəzində keçilməz yollar -VİDEO

Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir

Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir

FİFA ilin ən yaxşı futbolçusunu ELAN ETDİ

FİFA ilin ən yaxşı futbolçusunu ELAN ETDİ

"Bitcoin"in SON qiyməti - FOTO

"Bitcoin"in SON qiyməti - FOTO

Bu ölkələr Ukraynaya maliyyə və silah yardımı göstərəcək – SİYAHI

Bu ölkələr Ukraynaya maliyyə və silah yardımı göstərəcək – SİYAHI

2026-cı ildə bəxti maqnit kimi çəkən 3 bürc

2026-cı ildə bəxti maqnit kimi çəkən 3 bürc

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ötən gecə Rusiya səmasında 94 PUA vuruldu – VİDEO

Ötən gecə Rusiya səmasında 94 PUA vuruldu – VİDEO

“TƏBİB-ə işə düzəldəcəm” deyərək 12 min manatlıq dələduzluq etdi – QƏRAR

“TƏBİB-ə işə düzəldəcəm” deyərək 12 min manatlıq dələduzluq etdi – QƏRAR

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Riskli peşədə XANIMLAR - ANAMA-da neçə minaaxtaran qadın ÇALIŞIR?

Riskli peşədə XANIMLAR - ANAMA-da neçə minaaxtaran qadın ÇALIŞIR?

Gümüşün qiymətində tarixi maksimum: 66.175 dollar

Gümüşün qiymətində tarixi maksimum: 66.175 dollar

Makqreqor 17 il sonra onunla evləndi

Makqreqor 17 il sonra onunla evləndi

Çayxananın qarşısında həmyerlisini güllələyən şəxsə HÖKM OXUNDU

Çayxananın qarşısında həmyerlisini güllələyən şəxsə HÖKM OXUNDU

MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

End of content

No more pages to load

RADİO