Azərbaycanlı avtoritetlərin ABŞ-da məhkəməsi başladı - ŞOK İTTİHAM

ABŞ-da azərbaycanlı kriminal avtoritetlər Polad Ömərov, Rafet Əmirov və Xalid Mehdiyevin məhkəməsi başlayıb.

Bizim.Media Rusiyanın reporst.ru saytına istinadən xəbər verir ki, azərbaycanlı kiriminallar adı açıqlamayan iranlı briqada generalının göstərişi ilə ABŞ-da yaşayan iranlı müxalifətçi jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejatı öldürməyə cəhddə ittiham olunurlar.



Prokurorun sözlərinə görə, 2021-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu iranlı jurnalist Məsih Əlinejadı öldürmək üçün Rafət Əmirov, Polad Ömərov və Xalid Mehdiyevi görəvləndirib. Killer olmağa razılaşan azərbaycan əsilli Xalid Mehdiyev hüquq müdafiəçisinin evinin yaxınlığında AK-47 avtomatı ilə saxlanılıb.

P.Ömərov 2023-cü ildə Çexiyada, 43 yaşlı keçmiş “qanuni oğru” Rafet Əmirov isə Özbəkistanda həbs ediliblər. Onları ABŞ İnterpol xətti ilə axtarışa vermişdi.



Bəs bu adamlar niyə İranın xüsusi əməliyyatında iştirakçı olublar? Reporst.ru-nun iddiasına görə, xüsusilə azərbaycanlı kriminal ünsürlər digər ölkələrə ekstradisiya olmayan İranda məskunlaşmağa çalışır. Görünür, buna görə də P.Ömərov İranın göstərişi ilə Məsih Alinejatı ABŞ-da aradan götürmək sifarişini üzərinə götürüb.
 

Lakin Rafət Əmirovun da iştirakçısı olduğu sui-qəsd uğursuz alınıb. P.Ömərov sonradan Çexiyada tutulub. Orada o, Qazaxıstanda törətdiyi cinayətləri etiraf edib ki, ABŞ-a deyil, həmin ölkəyə təhvil verilsin. Lakin o, ömürlük həbs cəzası alacağı ABŞ-a verilib. İddiaya görə, sui-qəsdin hazırlanmasında Rafət Əmirovun da iştirakçı olduğunu Polad Ömərov istintaqa deyib.


Polad Ömərov 2014-cü ildən mərhum “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) sayəsində kriminal aləmə daxil olub, onun tərcümeyi-halı “zəngindir”. O, iki nəfərin oğurlanması və qətlə yetirilməsinə görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. Və bu, onun ukraynalı qurbanlarının tam siyahısı deyil.



O, Qazaxıstan, Çexiya və Bolqarıstan hüquq-mühafizə orqanlarının axtardığı şəxslər siyahısında olub. Lakin Polad Ömərov “qanuni oğru” adı almayıb. Ümumiyyətlə, xəbərlərə görə, onun potensial qurbanları əsasən, müxtəlif vaxtlarda Quliyə qarşı çıxanlar olub. Polad Ömərovun Lotu Qulinin qan qohumu(xalası oğlu) olduğu deyilir. Qulinin qətlindən sonra Polad Qulinin qardaşı “qanuni oğru” Namiq Səlifovla yaxınlaşıb.

Polad da Qulinin qətliamında əli olan hər kəsi cəzalandıracağına söz verib. Poladın 2021-ci ilin aprelində Moskva fitnes mərkəzində “qanuni oğru” Əli Heydərovun ( Alber Rıjıy) qətlində də əli olduğu güman edilirdi.

Musavat.com-un xəbərinə görə, Rafet Əmirov əslən Şirvandadır, Əlibayramlınski ləqəbi ilə tanınır. Onun daha bir qardaşı Rüfət Əmirov da kriminal dairələrdə tanınmış avtoritetdir. Onların əvvəllər Qulinin klanında olduğu deyilir. Rusiya nəşri yazır ki, Qulinin qətlindən cəmi üç ay sonra isə Rafetin “qanuni oğru” titulu “stoplanıb.”

Məlumatlara görə, bu hadisədən sonra ABŞ hökuməti Məsihin təhlükəsizliyini qoruyur. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

End of content

No more pages to load

RADİO