Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Ağ Evin mətbuat xidmətindən olan bir televiziya jurnalisti ehtiyatsızlıqdan mikrofonla ABŞ prezidenti Donald Trampın üzünə vurub.
Bizim.Media xəbər verir ki, Tramp səssizcə müxbirə nəzər yetirib.
Daha sonra isə Ağ Ev rəhbəri hadisəni təbəssümlə şərh edib: "Bu qadın, az əvvəl bu gün bütün ölkə gündəmini zəbt edəcək böyük xəbər obyektinə çevrildi. Gördünüzmü?"
Bizim.Media