Qrossi: “Tramp dünyanı nüvə müharibəsindən də böyük fəlakətə SÜRÜKLƏYİR”

“Nobel Sülh Mükafatı uğrunda mübarizə aparan Donald Tramp, çox güman ki, dünyada nüvə qarşıdurmasında daha böyük gərginliyə səbəb olacaq”.

Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, bu fikirləri MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.

O qeyd edib ki, Trampın sərt anti-İran siyasəti artıq İran hakimiyyətini öz nüvə silahlarını yaratmaq ideyasının daha dərin müzakirəsinə sövq edib:

“Lakin İran tək deyil. ABŞ-ın yeni administrasiyası qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etmək arzusunda deyil. Məhz buna görə də dünyada getdikcə daha çox ölkə nüvə silahı əldə etmək barədə düşünür.

Bir neçə il əvvəl isə nüvə silahları ilə bağlı bu müzakirə tabu olardı. Amma indi bəzi ölkələrdə bu söhbətlər gedir.

ABŞ nüvə silahının yayılmaması prinsiplərinin qorunub saxlanmasında mühüm rol oynadı. Amerika müttəfiqlərini onlara hərbi müdafiəsini genişləndirməklə öz arsenallarını qurmaq zərurətindən azad etdi. Öz nüvə silahını yaratmaq istəyən ölkələr isə güclü sanksiyalarla hədələnirdilər”.

Qrossi İranın öz atom bombasını yaratmaq istiqamətində davamlı irəliləyişinə istinad edərək deyir ki, bu sanksiyalar artıq işləmir:

“Zaman keçdikcə ölkələr sanksiyalara uyğunlaşır. Üstəlik, uzunmüddətli sanksiyalar belə ölkələrə hər hansı danışıqlarda təsir rıçaqlarına sahib olmaq üçün bütün yolu getməyə və nüvə silahını inkişaf etdirməyə stimul yarada bilər”.

ABŞ-ın MAQATE-dəki keçmiş səfiri Laura Holgate deyib ki, İran nəhayət sərhədi keçsə və nüvə silahı inkişaf etdirsə, bu, digər ölkələrə də “ilham verə bilər”:

“İran nüvə dövlətinə çevrilsə, başqaları da onun yolunu izləyə bilər”.

Qeyd edək ki, Almaniya, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı və Cənubi Koreya rəsmiləri son illərdə öz nüvə silahlarını əldə etmək istəklərini gündəmə gətiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

End of content

No more pages to load

RADİO